Qadin.NET / Sabah leysan yağacaq, dolu düşəcək

Sabah leysan yağacaq, dolu düşəcək

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə tibbi-meteoroloji proqnoz:

İyunun 13-də arabir güclənən xəzri küləyi və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir. İyunun 14-15-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, günorta saatlarında isti diskomfort hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, sabah ölkənin bəzi yerlərində lokal leysan xarakterli yağış yağa bilər.
İyunun 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gecə yarımadanın bəzi yerlərində güclənəcək. Lakin günün 2-ci yarısında mülayimləşəcək.
Abşeron yarımadasında havanın temperaturu gecə 18-22°, gündüz 26-31° isti olacaq.
Azərbaycanın rayonlarında isə iyunun 13-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal olunur. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu aran rayonlarında gecə 18-23°, gündüz 30-35°, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacaq.

Mənbə: Milli.Az

12 iyun 2015
GO BACK