Avstriya Milli Olimpiya Komitəsinin prezidenti Karl Ştoss Bakıda yol qəzası nəticəsində xəsarət alan avstriyalı idmançıların Vyanaya göndərilməsində göstərilən köməyə görə Azərbaycan hakimiyyətinə minnətdarlıq edib.
ANS PRESS-in məlumatına görə, o bu barədə özü TASS-a açaıqlamasında deyib.
Onun sözlərinə görə, Avstriyaya gətirilən Vanessa Sahinoviç artıq əməliyyat olunub, Verena Breyt isə Bakıda qalıb. Lakin o yarışlarda iştirak edə bilməyəcək.
"Biz bu hadisənin necə baş verdiyini araşdıracağıq. Bu arada idmançıların Avstriyaya göndərilməsini təşkil edən yerli nəqliyyat qurumuna təşəkkür edirəm. Bu dəhşətli hadisədir. Digər tərəfdən isə biz irəliyə baxmalı, öz komandamıza inanmalıyıq".
Mənbə: ANS PRESS