Türkiyə ən gözəl qızını seçdi.
ANS PRESS-in məlumatına görə, “Miss Turkey-2015” gözəllik yarışmasının final mərhələsi baş tutub.
Müsabiqənin qalibi 20 finalçıdan 1 nömrəli gözəl Ecem Çırpan olub. 18 yaşlı gözəl Ecem yarışmanın qalibi olaraq son model bir avtomobillə mükafatlandırılıb.
Türkiyə gözəli ölkəsini bu il baş tutacaq “Miss World” (Dünya Gözəllik) yarışmasında təmsil edəcək.
Bursada anadan olmuş Ecem Çırpanın boyu 185 sm-dir. Mədəniyyət kollecinin məzunudur və universitetə hazırlanır.
Mənbə: ANS PRESS