Qadin.NET / Bakıda Azarkeşlər Evi açıldı

Bakıda Azarkeşlər Evi açıldı

 

 

Rusiyanın Olimpiya komitəsinin prezidenti Aleksandr Jukov "Bakı-2015" Azarkeşlər Evinin ekspozisiyasıyla tanış olub.ANS PRESS-in məlumatına görə, Azarkeşlər Evi şəhərin mərkəzi hissəsində, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin binasında yerləşir. Ziyarətçilər Evdə Rusiya yığmasına həsr edilməmiş unikal interaktiv ekspozisiyanı görə bilərlər. Bununla yanaşı, ekspozisiyadan Azərbaycanın idmançıları haqqında da məlumatlar əldə etmək mümkündür. 
Ziyarətçilərə Evdə Rusiyanın tanınmış idmançılarının əşyalarına yaxından baxmaq imkanı yaradılıb. Bundan başqa, 3D-eynəyin köməyi ilə azarkeşlər idman yollarını atletlərin gözləriylə görə biləcəklər.
Azarkeşlər Evinin təntənəli açılışında A.Jukovla birlikdə Rusiya Federasiyası prezidentinin köməkçisi İqor Levitin, Rusiya idman naziri Vitali Mutko, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çinqiz Hüseynzadə və digər qonaqlar iştirak edir. .

 

Mənbə: ANS PRESS

12 iyun 2015
GO BACK