Qadin.NET / Mehriban Əliyevaya orden verildi

Mehriban Əliyevaya orden verildi

Mehriban Əliyevaya orden verildi
İyunun 11-də prezident İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçlə görüşüb.
ANS PRESS-in məlumatıhna görə,görüşdən əvvəl Prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın, Serbiya Prezidenti Tomislav Nikoliçin, xanımı Draqiça Nikoliçin iştirakı ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Serbiya Respublikasının yüksək dövlət mükafatı - “Sreten” ordeni təqdim olunub.Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Sreten” ordeni ilə təltif edilməsi haqqında Serbiya Respublikası Prezidentinin Fərmanı oxundu.
Serbiya Prezidenti Tomislav Nikoliç “Sreten” ordenini Mehriban Əliyevaya təqdim etdi.
Azərbaycan Prezidenti İlham Əliyevlə Serbiya Prezidenti Tomislav Nikoliçin görüşündə ölkələrimiz arasındakı əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Birinci Avropa Oyunlarının əhəmiyyəti vurğulandı, bu Oyunların keçirilməsi üçün yaradılmış şərait yüksək qiymətləndirildi. Söhbət zamanı Azərbaycan ilə Serbiya arasındakı əlaqələrin daha da genişləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparıldı. Serbiya Prezidenti Tomislav Nikoliç Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi.

Mənbə: ANS PRESS

12 iyun 2015
GO BACK