Qadin.NET / Aleksandr Lukaşenko Bakıya gəldi

Aleksandr Lukaşenko Bakıya gəldi

Aleksandr Lukaşenko Bakıya gəldi
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gəlib.ANS PRESS-in məlumatıhna görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Belarus Prezidentini Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, birinci Avropa Oyunları ilə əlaqədar bu gündən başlayaraq, Azərbaycana dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri gəlməkdədir. Onların 15-20 nəfəri dövlət və hökumət başçısı, 35-40 nəfər isə dövlətləri təmsil edən yüksək vəzifəli hökumət nümayəndəsi olacaq.

Mənbə: ANS PRESS

12 iyun 2015
GO BACK