ANS PRESS-in məlumatına görə, hazırda müxalifət düşərgəsində bu barədə danışıqlar aparılır. Böyük ehtimalla seçkilərdə 40 faiz səs toplamış AKP hökuməti formalaşdıra bilməyəcək. Müxalifət partiyalarının hansısa birinin AKP ilə koalisiyaya getməsi inandırıcı görünmür. Çünki həm AKP, həm də MHP-nin hakim AKP qarşısında qoyduqları şərtlər partiya təmsilçiləri tərəfindən qəbul edilmir. Hər iki partiya prezident Rəcəb Tayyib Ərdoğanın yalnız Konstitusiya çərçivəsində fəaliyyət göstərməsini, daxili siyasətə qarışmamasını, həmçinin AKP-nin prezident üsul-idarəsinə keçmək sevdasından əl çəkilməsini tələb edirlər. AKP rəhbərləri isə bunu qəbul etmirlər və “Ərdoğan bizim liderimizdir, ona qarşı uzanan istənilən dili kəsərik” deyərək müxalifəti hədələyirlər.
Seçkilərdə təxminən 25 faiz səs toplamış və ikinci olmuş CHP isə, böyük ehtimalla, digər müxalifət partiyası MHP (17 faiz) ilə koalisiyaya gedəcək. Hər iki partiya 2014-cü il prezident seçkilərində Ekmələddin İhsanoğlunun namizədliyi ilə vahid namizədlə çıxış etmək barədə razılığa gəlmişdilər. Onların bu dəfəki namizədinin də İhsanoğlu olacağı düşünülür. Müxalifətçi HDP-nin onlara kənardan dəstək verəcəyi düşünülür.
2005-2014-cü illərdə İslam Əməkdaşlıq Təşkilatının rəhbəri olmuş Ekmələddin İhsanoğlu əslən Azərbaycanın Şamaxı şəhərindəndir və Bakıya hər səfərində Şamaxıya gedərək babalarının məzarını ziyarət edir. 1943-cü ildə Qahirədə anadan olmuş Ekmələddin İhsanoğlu türk dili ilə yanaşı, ingilis, fransız, ərəb və fars dillərini də mükəmməl bilir.
Mənbə: ANS PRESS