Qadin.NET / Bakıda İlk Avropa Oyunları başlandı

Bakıda İlk Avropa Oyunları başlandı

Bakıda İlk Avropa Oyunları başlandı
Bu gün yerli vaxtla saat 9:00-da Bakıda qitə tarixinin ilk Avropa Oyunları start götürüb. Milli.Az bildirir ki, yarışlar sinxron üzgüçülüklə başlayıb: sərbəst proqramda duetlərin seçmə mərhələsi aparılır. Avropa Oyunlarında idmanın bu növündə Azərbaycanı iki sinxronçu - Tatyana Nikitina Yekaterina Valiulina - təmsil edir.2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək Avropa Oyunları Avropa qitəsinin tarixində ilk dəfədir keçirilir. Ümumilikdə Bakıda 20 idman yarışı keçiriləcək: bunlardan 16-sı Olimpiya, 4-ü isə qeyri-olimpiya növlərinə aiddir. 17 gün davam edəcək idman bayramında Avropadan 6 mindən çox idmançı öz ölkələrini təmsil edəcək. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi qərarı 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsi (EOC) tərəfindən qəbul edilib. 

Mənbə: Milli.Az

 

12 iyun 2015
GO BACK