Rusiya Dövlət Dumasında işləyən jurnalistlər üçün dress-kod, yəni geyim qaydaları hazırlanır.ANS PRESS-in məlumatına görə, bu, KİV təmsilçilərinin yeni akreditasiya qaydalarında nəzərdə tutulub. Yeni qaydalara görə, qısa şort, cırıq cins və həddindən qısa yubka geyinmiş KİV təmsilçiləri parlament iclaslarına buraxılmayacaq. Parlamentə girdikdən sonra paltarını dəyişərək normaları pozmuş jurnalistlər isə federal mühafizə xidmətinin əməkdaşları tərəfindən çıxarılacaq. Bunun üçün də xüsusi normativ nəzərdə tutulub. "Əsas odur ki, qızlar açıq-saçıq, mini yubkada, yaxud göbəkləri açıq, yaxud oğlanlar şortda olmasınlar", - deyə mənbə vurğulayıb.
Mənbə: ANS PRESS