"Dərmanların qiyməti ucuzlaşacaq. 4500 adda dərman vasitəsi dövlət qeydiyyatından keçib". ANS PRESS-in məlumatına görə, bunu Tarif Şurasının katibi İlkin Məcidov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, qeydiyyat zamanı doza, ticarət qablaşdırması və dərman vasitəsinin miqdarı nəzərə alınacaq: "Bütün apteklərdə qiymətlər eyni olacaq və dərmanlar əlverişli şərtlərlə müştərilərə təklif olunacaq. Əhalinin səhiyyə ilə bağlı xərcləri azalacaq. Qiymət nizamnaməsi olarsa ən sərt cəzalar tətbiq olunacaq və qanunu pozanlar 50 min manat həcmində cərimələnəcək". Qurum rəsmisi bildirib ki, bu sadalananlar təkliflər paketində daha dəqiq nəzərdə tutulub.
Mənbə: ANS PRESS