Bakı Avropa Liseyinin VI sinif şagirdi Hüseyn Hacıyev informasiya texnologiyaları sahəsində uğurlarına görə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının «Məktəbli uşaqların mükafatlandırılması» proqramı çərçivəsində mükafata layiq görülüb. Təşkilatın mükafatı bu ilin avqustunda təqdim olunacaq.
ANS PRESS-in məlumatına görə, Təhsil Nazirliyi bildirib ki, onun indiyədək İKT sahəsində çox uğurları olub. O, 2013-cü ildə «Microsoft Azerbaijan» şirkətinin təşkil etdiyi müsahibədən uğurla keçib. Məktəbli «BakuTel-2013» 19-cu Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində «Ən gənc və fəal Windows eksperti» sertifikatına layiq görülüb.H.Hacıyev Bakı Avropa Liseyinin «ICT Masters Organization» təşkilatının «Advanced Master» səviyyəsini qazanmağa nail olub. 2014-cü ildə Bakı Avropa Liseyinin 5 ölkənin iştirakı ilə keçirdiyi UNESCO-nun LFF layihəsi çərçivəsində «Digital Learning Weeks in Baku European Lyceum» adlı vebinarda iştirak üçün sertifikat alıb. Eləcə də UNESCO-nun «Globallab» layihəsində fəal iştirak edərək bir neçə layihə üzrə qalib olub."Qunduz 2014" Məktəblilər üçün İnformatika və Kompüter Bilikləri üzrə Beynəlxalq Müsabiqədə yüksək nəticə göstərib və diplomla təltif edilən məktəbli liseydə şagirdlərin bal sistemi iləqiymətləndirilməsi üçün proqram hazırlayıb. Eyni zamanda «Təhsildə proqramlaşdırmanın rolu» mövzusunda elmi layihə üzərində işləyir.
Mənbə: ANS PRESS