Qadin.NET / Məşəl bu gün Bulvara gətiriləcək

Məşəl bu gün Bulvara gətiriləcək

 

 

I Avropa Oyunlarının məşəlinin bu günki proqramı açıqlanıb.ANS PRESS-in məlumatına görə, iyunun 12-də Açılış Mərasimi zamanı Bakı Olimpiya Stadionuna daxil olmazdan əvvəl Alovun şəhər boyunca son gəzintisinə Dənizkənarı Milli Parkda qoşulmaq mümkün olacaq.
Belə ki, məşəl saat 21:00-da Qız Qalasının qarşısının qarşısından götürülərək Xalça Muzeyinin arxası ilə Bulvara gətiriləcək. Buradan isə məşəl dənizkənarı ilə Satko limanına qədər daşınacaq. Saat 21:30-da məşəl gəzintisi yekunlaşacaq və 12 iyun tarixində Açılış Mərasimi zamanı Bakı Olimpiya Stadionuna aparılacaq.

 

Mənbə: ANS PRESS

11 iyun 2015
GO BACK