Qadin.NET / Ukraynada yanğın davam edir

Ukraynada yanğın davam edir

 

Ukraynada yanğın davam edir

 

Müəssisə rəhbərliyi isə yanğının qəsdən törədilməsindən şübhələnir.

Ukraynada neft bazasında yanğınla mübarizə davam edir.
ANS PRESS-in məlumatına görə, ölkənin rəsmi şəxsləri 6 çəninin hələ də yandığını, amma təhlükə olmadığını deyiblər.
Yanğın iyunun 8-də Vasilkiv şəhərinin ətrafındakı neft bazasında baş verib və 16 çənə yayılıb. Bu şəhər paytaxt Kiyevin 30 kilometrliyində yerləşir.
Dövlət Fövqəladə Hallar Xidmətinin rəhbəri Mykola Çeçotkin bu müddət ərzində 5 nəfərin öldüyünü, 12 nəfərin yaralandığını bildirib.
Daxili İşlər Nazirliyinin nümayəndəsi Zoryan Şkiryak bildirib ki, hazırda yanacaq mühafizə qaydalarının pozulması, texniki nasazlıq və qəsdən yanğın törətmə ehtimalları araşdırılır. Müəssisə rəhbərliyi isə yanğının qəsdən törədilməsindən şübhələnir.

Mənbə:ANS PRESS

11 iyun 2015
GO BACK