Türkiyədə maraqlı hadisə baş verib. ANS PRESS-in məlumatına görə, Van şəhərində 85 yaşlı kişinin əkiz övladı olub. Abdullah Sevinç ilk həyat yoldaşını 15 il öncəitirib.
10 uşağı olan kişi tənha qalmamaq üçün özündən 39 yaş kişik Mihrinaz Sevinçlə ailə qurub.
Cütlüyün 15 il ərzində 3 övladı olub. Əkiz oğlanları isə 20 gün öncə doğulub.
"Allahın təqdiridir. Əkizlər mənim üçün sürpriz oldu. Mənim yaşım keçsə də, sağlamlığım yerindədir. Bir az maddi çətinliyimiz var. Amma övladlarımın sağlam böyüməyi mənim üçün kifayətdir".
85 yaşlı kişi əkizlərini Həsən və Hüseyn adlandırıb.
Mənbə:ANS PRESS