Avropa Olimpiya Komitəsinin prezidenti (AOK) Patrik Hikki Bakıya gəlib.ANS PRESS-in məlumatına görə, Patrik Hikiyi Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılayıb.AOK rəhbəri Patrik Hikiy I Avropa Oyunlarının Açılış Mərasimində iştirak etmək üçün ötən gecə Bakıya səfər edib.
Qeyd edək ki, Bakı 2015 Avropa Oyunları AOK-un rəhbərliyi və nəzarəti altında Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən (BEGOC) tərəfindən təşkil olunur.
I Avropa Oyunları 12-28 iyun tarixləri arasında keçiriləcək. Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir.
Mənbə: ANS PRESS