Qadin.NET / Azərbaycan Gürcüstana 450 milyon sərmayə qoyub

Azərbaycan Gürcüstana 450 milyon sərmayə qoyub

 

 

Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan xarici ölkələr sırasında birinci yerdədir.
ANS PRESS-in məlumatına görə, bu barədə Gürcüstan mətbuatı yazıb.
Bildirilir ki, bu ilin ilk rübündə xarici ölkələrdən Gürcüstan iqtisadiyyatına 450 milyona yaxın dollar həcmində sərmayə qoyulub. Əcnəbi sərmayədarlar arasında Azərbaycan birinci yerdədir. Belə ki, ötən müddətdə Gürcüstan iqtisadiyyatına yönəldilən investisiyaların təqribən 35 faizi bizə məxsusdur.
Ümumiyyətlə, Gürcüstan iqtisadiyyatına sərmayə qoyan xarici ölkələrin sırasında Türkiyə 15 faizlə ikinci, Rusiya isə 13 faizlə üçüncü yeri tutur.

 

Mənbə: ANS PRESS

11 iyun 2015
GO BACK