Qadin.NET / Rusiyalı idmançıların Bakıya gəlmə vaxtı bilindi

Rusiyalı idmançıların Bakıya gəlmə vaxtı bilindi

 

 

Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edən Rusiya təmsilçiləri bu gün paytaxtımıza təşrif buyuracaqlar. 
ANS PRESS-in məlumatına görə, bu barədə TACC agentliyinə Rusiya Olimpiya Komitəsinin mətbuat xidmətindən verilib. 
"Oyunlarda iştirak edəcək ilk rusiyalı idmançılar bu gün saat 15:20-də Bakıya uçacaqlar. Bu qrupa su polosu, veloybolçular, triatlon, dağ velosipedçiləri, eləcə də gimnastika üzrə Rusiya yığması daxildir". 
Bakıya gələnlər arasında həmçinin Olimpiya çempionu gimnast Aliya Mustafina da olacaq. 
I Avropa Oyunlarının açılış mərasimi iyun ayının 12-də olacaq. Oyunlar iyunun 28-dək davam edəcək. 253 dəst medal uğrunda 20 idman növündə 6 min idmançı mübarizə aparacaq.

Mənbə:ANS PRESS

11 iyun 2015
GO BACK