Qadin.NET / Bakıya gələn İnstagram fenomeni evləndi

Bakıya gələn İnstagram fenomeni evləndi

 

İnstaqramda xüsusi fotosessiyaları ilə məşhurlaşan cütlük evlənib.
ANS PRESS-in məlumatına görə, "Məni izlə" adlanan fotoların müəllifi Murad Osman sevdiyi qızla ailə qurub. Toydan fotolar "followmeto" həştiqi ilə paylaşılıb. Murad Osman və Natalia Zaxarovanın toyu Rusiyadakı qəsrlərdən birində baş tutub. 
Fotoqraf paylaşdığı şəkillərin altına "həyatım boyu əlini tutacağıma və hər gün səni sevdiyimi söyləyəcəyimə söz verirəm" sözlərini yazıb.
Qeyd edək ki, cütlüyün toyunun təşkilatçısı Azərbaycan moda və sənət dünyasının tanınmış siması Gülsara olub. O, toy üçün xüsusi mahnı bəstələyib və onu müğənni Ziynet Sali ilə birlikdə Türkiyədə səsləndirərək klip çəkdirib. 
M. Osman dünyanın bir çox ölkəsində o cümlədən Azərbaycanda- Bakıda "follow me" (Məni izlə) seriyasından olan fotolar çəkdirib. Fotolarda N.Zaxarovanaın üzü görünmür. O sevgilisinin əlindən tutaraq onu arxasınca aparır. 

 

9 iyun 2015
GO BACK