Qadin.NET / Dünyanın sonudur - yeni tarix açıqlandı

Dünyanın sonudur - yeni tarix açıqlandı

 

Dünyanın sonudur - yeni tarix açıqlandı

 

Sentyabrın 22-28 aralığında Yerə nəhəng meteorit çırpılacaq və canlılar məhv olacaq

Dünyanın dağılacağı, sonu olması barədə söz-söhbət yenidən gündəmə gəlib. ANS PRESS-in məlumatına görə, bir çox elmi populyar bloqlarda dünyanın sonunun bu payız ola biləcəyi yazılıb. Bu tarix 22-28 sentyabr ola bilər. 
"Mirror" yazır ki, bu nəzəriyyənin müəllifləri hesab edirlər ki, üç aydan sonra yer nəhəng meteoritlə toqquşacaq. Nəticədə bütün canlı aləm məhv olacaq. 
Kosmik sahəsində özlərini ekspert adlandıran şəxslər isə düşünürlər ki, Apokalipsisin tezliklə ola biləcəyi Bibliyada da qeyd edilib. Onlar düşünürlər ki, meteorit zərbəsindən sonra yeddi illik sükut başlayacaq. 
NASA isə bu məsələyə bir az başqa nöqteyi nəzərdən yanaşır. Alimlər iddia edirlər ki, asteroidlərin böyük hissəsi atmosferdə yanır. Bu bizim planetin müdafiə təbəqəsidir. 
"Bizim hesablamalarımıza görə, yaxın bir neçə yüz ildə Yer üçün heç bir təhlükə yoxdur - yəni hər hansı nəhəng kosmik cisimlə toqquşma gözlənilmir". 
Kosmik agentliyin nümayəndəsi deyir ki, həmkarları ilə daima toqquşma riskini minumuma endirmək üçün yeni texnologiyalar üzərində iş aparılır. 
Qeyd edək ki, bu dünyanın sonu ilə bağlı səslənən ilk təxmin deyil. Belə ki, ən son ABŞ-dan olan rahib Harold Kempink Apokalipsisin 2015-ci ilin 21 mayında olacağını deyirdi. Onun dediklərini bir çox həmkarı da dəstəkləyirdi. İndi isə onlar iyun ayına kimi necə gəlib çıxdıqlarına təəccüblənirlər.

Mənbə:ANS PRESS

9 iyun 2015
GO BACK