Yolda hərəkət triatlon yarışları ilə əlaqədar olaraq məhdudlaşdırlacaq
Sabahdan Bakıda bağlanacaq yollar açıqlandı.
Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, Bakı 2015 kişilər və qadınlar arasında triatlon yarışları ilə əlaqədar olaraq 10-14 iyun tarixləri arasında Bilgəh qəsəbəsində bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
10 və 11 iyunda saat 05:00-dan 14:00-a, 13 iyun saat 08:30-dan 18:30-a, 14 iyunda saat 08:30-dan 19:00-a kimi Zağulba yolu, Bakı Dairəvi II yolu bağlanacaq.
Nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı yollar, vaxtlar və alternativ yollar haqqında məlumatlar aşağıdakı xəritə qeyd olunub.
Xatırladaq ki, I Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də olacaq.
Mənbə: ANS PRESS