Qadin.NET / UEFA Superkuboku Tiflisdə

UEFA Superkuboku Tiflisdə

"Barselona" və "Sevilya" arasında keçiriləcək UEFA Superkuboku avqustun 11-də Tiflisdə "Dinamo" stadionunda olacaq.
ANS PRESS-in məlumatına görə, Çempionlar Liqasında final başa çatandan sonra UEFA Superkubokunun iştirakçıları tam bəlli olub. Avropa Liqasının qalibi "Sevilya”nın rəqibi "Barselona” olacaq. Növbəti dəfə İspaniya klublarının Superkubokunu izləmək isə avqustun 11-də mümkün olacaq. Sayca 40-cı Superkubok Tiflisin "Dinamo” stadionunda baş tutacaq.
Qeyd edək ki, Superkubokun son qalibi "Real” olub. Madridlilər ötən ilin avqustunda elə "Sevilya”nı 2:0 hesabı ilə üstələyib. Qeyd edək ki, ardıcıl 2 il sırf İspaniya klublarının duelini izləmək ən azı son 23 ildə ilk dəfə olacaq. Buna səbəb Çempionlar Liqası tarixində (1991/92 mövsümündən başlayaraq) ilk dəfə ardıcıl 2 il eyni ölkənin təmsilçisinin qalib gəlməsidir.
Ötən il "Real”ın bacardığını bu dəfə "Barselona” həyata keçirdi. Xatırladaq ki, daha əvvəl Azərbaycan Gürcüstan ilə birgə 2020-ci il futbol üzrə Avropanın çempionatının matçlarının keçirilməsinə iddia edirdi. Gürcüstan və Azərbaycan UEFA-ya yarışın keçirilməsinə dair rəsmi müraciət edib. UEFA icraiyyə komitəsi Avro-2020 yarışlarının 13 ölkə stadionlarda keçirməyə qərar qəbul edib ki, bir neçə oyun Bakıda Olimpiya stadionunda keçəcək.

Mənbə:ANS PRESS

10 iyun 2015
GO BACK