Qadin.NET / Azərbaycanda 30 minə yaxın şagird "iki" aldı

Azərbaycanda 30 minə yaxın şagird "iki" aldı

 

Azərbaycanda 30 minə yaxın şagird "iki" aldı

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 6-da keçirilən buraxılış imtahanlarında şagirdlərin aldığı qiymətlərin statistikası açıqlanıb.
TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, 11-ci sinif şagirdlərinin 5075 nəfəri (20,92 faizi) ana dili fənni üzrə, 5373 nəfəri (22,03 faizi) riyaziyyat, 4695 nəfəri (19,45 faizi) xarici dil, 56 nəfəri (22,49 faizi) isə kimya fənni üzrə “2” qiyməti alıb.
4361 nəfəri (17,98 faizi) ana dili, 3583 nəfəri (14,69 faizi) riyaziyyat, 3733 nəfəri (15,46 faizi) xarici dil, 14 nəfəri (5,62 faizi) isə kimyadan “5” qiyməti alıb.
9-cu sinif şagirdlərinin 6229 nəfəri (21,65 faizi) ana dili, 7746 nəfər (26,74 faizi) riyaziyyatdan "iki" alıb. Məzunların 3821 nəfər (1328 faizi) ana dilindən, 3697 nəfər (12,76 faizi) isə riyaziyyat fənjindən “5” qiyməti alıb.
Xatırladaq ki, imtahanlar Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuzda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb.

Mənbə:ANS PRESS

8 iyun 2015
GO BACK