Qadin.NET / Xəbərdarlıq - Qızmar hava geri qayıdır

Xəbərdarlıq - Qızmar hava geri qayıdır

 

Xəbərdarlıq - Qızmar hava geri qayıdır

 

Üç gündür davam edən sərin havalara sabahdan qızmar istilərlə əvəz olunacaq. 
İyunun 9-dan 11-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, günorta saatlarında isti diskomfort şərait bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, iyunun 9-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz keçəcək.
Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22 dərəcə, gündüz 25-30 dərəcə olacağı gözlənilir.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22°, Türkan, Hövsan, Şıx və Sahildə 22-23° isti təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlıq və dağətəyi rayonlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Mənbə:ANS PRESS

8 iyun 2015
GO BACK