ANS PRESS-in məlumatına görə, Ərzurum şəhərində toyları seçkilər gününə təsadüf edən Figen ve Numan Şenol cütlüyü gəlin maşını ilə gəldikləri seçki məntəqəsində səs veriblər.
Gənclərin bəylik və gəlinlikdə səs verməsi hər kəsin marağına səbəb oub.
Təzə gelin Figen müxbirlərə açıqlamasında toyunun belə bir tarixlə üst-üstə düşməsindən çox şad olduğu deyib: "Toyumuz bu günə təsadüf etdi. Səsimizi verdik, buradan da şadlıq sarayına gedirik. Gəlinliyimlə səs verdim, çox sevincliyəm".
Təzə bəy Numan Şenol da bu günün onlar üçün xüsusi bir anlamı olduğunu açıqlayıb. "Atamın toyu da seçkilər günündə olmuşdu, bizimki də seçkilərə təsadüf etdi. Türkiyə üçün də, bizim üçün də xeyirli olsun inşaallah"- deyə sevincini bölüşdü.
Cütlük səs verdikdən sonra toyun təşkil edildiyi restorana gediblər.
Mənbə:ANS PRESS