Milli.Az Publika.Az-a istinadən xəbər verir ki, Bakının bəzi bölgələrində söküntü işlərindən danışan H.Abutalıbov deyib ki, Heydər Əliyev sarayının arxasından Nizami küçəsinə qədər olan ərazidəki köhnə binaların hamısı söküləcək və onların yerinə park salınacaq. "Sovetski" deyilən ərazi tamamilə söküləcək və yalnız istirahət zonası olacaq.O bildirib ki, 20 nömrəli məktəb də artıq sökülüb, orda park salınması ilə bağlı təklif verilib.Hacıbala Abutalıbovun sözlərinə görə, Bakıxanov və Səməd Vurğun küçələrinin kəsişməsindəki Pedoqoji Universitetin korpuslarının sökülüb, yerində Təhsil Nazirliyinin binasının tikilməsi fikrindən də vaz keçilib. Prezident İlham Əliyevin göstərişi ilə o ərazidə də yaşıllıq zonası salınacaq. "Bu halda biz təbiətin saflığından danışa biləcəyik. Çünki harada göyərçinlər var, orada hava təmizdir, harada qarğalar var, orada hava çirklidir. Biz çalışmalıyıq ki, Bakıya göyərçinlər daha çox gəlsin".
Mənbə: Milli.Az