Qadin.NET / Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bakıda yağış yağacaq, şimşək çaxacaq
Sabah yağış yağacaq, dolu düşəcək. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 7-də gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. 
Havanın temperaturu gecə 18-21, gündüz 24-27, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə

18-19, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 19-20, Türkan, Hövsan, Şıx, Sahildə 20-21dərəcə isti olacaq. 
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir ayrı-ayrı yerlərdə güclənəcək. 
Havanın temperaturunun gecə 17-22, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Mənbə: ANS PRESS

6 iyun 2015
GO BACK