Qadin.NET / Təhlükəsizlik tədbirləri gücləndırilib

Təhlükəsizlik tədbirləri gücləndırilib

 

 

Avropa Oyunlarının açılış mərasiminə marağın böyük olduğunu nəzərə alana təşkilatçılar həmin günlə bağlı xüsusi təhlükəsizlik tədbirləri görülüb.ANS TV-nin məlumatına görə, açılış mərasiminə bilet alan şəxslərdən də xüsusi qaydalara riayət etmək tələb olunur. Həmçinin tamaşaçılar nəzərə almalıdırlar ki, bir sıra əşyaların açılış mərasiminin keçiriləcəyi məkana gətirilməsi qadağandır.
“Qadağan olunmuş əşyaların siyahısı çoxdur. Həmin biletlərin arxasında qadağan olunmuş əşyaların siyahısı var. Ona görə bunları bir-bir demək həddindən artıq çox vaxt aparır. Kəsici və deşici alətlər. Eləcə də hər hansısa, bir silah qismində olan alətlər, partlayıcılar, bir neçə dərman çeşidli vasitələri də götürmək qadağandır. Amma dərmanla bağlı bəzi istisnalar var. Belə ki, elə adamlar var ki, xəstəliyilə əlaqədar olaraq maksimum iki-üç adda dərman götürə bilərlər”, – deyə BŞBPİ rəis müavini Səhlab Bağırov bildirib.

 

Mənbə: ANS PRESS

6 iyun 2015
GO BACK