Qadin.NET / “Əminəm ki, bu dəfəki yarışlarda boksçularımız ədaləti bərpa edəcəklər”

“Əminəm ki, bu dəfəki yarışlarda boksçularımız ədaləti bərpa edəcəklər”

 

 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Boks Federasıyasının inzibati binasının açılışlarında iştirak ediblər.ANS TV-nin məlumatına görə, dövlət başçısı və xanımı əvvəlcə federasıyanın inzibati binasında yaradılan muzeylə tanış olublar.
Prezident və xanımı federasiya rəsmiləri, I Avropa Oyunlarında ölkəmizi təmsil edəcək boksçularla görüşüblər.
Boksçularımızla görüş zamanı prezident İlham Əliyev Avropa Oyunları zamanı onların uğurlu çıxış edəcəyində əmin olduğu vurğuluyub.
İdmançılarla söhbət zamanı dövlət başçısı 2012-ci ildə Londonda keçirilən olimpiya oyunları zamanı boksuçularımızın ədalətsizliklə üzləşməsi mövzusuna da toxunub:
“London Olimpiya Oyunlarında yüksək nəticələr göstərmişdilər. Mən o vaxt da demişdim ki, Olimpiya çempionu adına layiq olan idmançılarımız hakimlərin ədalətsizliyi ucbatından bürünc medalla kifayətləndilər. Əslində bu oyunlar zamanı hər kəs görürdü ki, biz birinci yerə layiq idik. Amma əminəm ki, Bakıda keçiriləcək yarışlarda boksçularımız ədaləti bərpa edəcəklər.

 

Mənbə: ANS PRESS

6 iyun 2015
GO BACK