"Neft ixracatçısı olan ölkələrinin (OPEK) əksəriyyəti neftin barrelinin qiymətinin 75 dollar olmasını ədalətli və bazar üçün optimal hesab edir".ANS PRESS-in məlumatına görə, bunu İranın neft naziri Bijən Namidar Zəncani deyib. Onun sözlərinə görə, İranın üzərindən sanksiyalar götürülsə, ölkənin nefti üçün bazar da tapılacaq. Zəncani onu da bildirib ki, ölkə xarici şirkətlərin də iştirak edə biləcəyi neft layihələrinin siyahısını hazırlayır. Siyahı beynəlxalq məhdudiyyətlər götürüləndən sonra açıqlanacaq.
Qeyd edək ki, bu ilin aprelində altılıq (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya) və İran ölkənin nüvə proqramı üzrə gələcək razılaşmanın parametrlərini açıqlayıblar. Tərəflər fikir müxtəlifliyi olsa da əsas məsələlərdə kompromisin olduğunu bildiriblər. İyunun sonuna qədər isə tərəflər yekun razılıq əldə etməlidirlər. İrana qarşı sanksiyaların aradan qaldırılması da məhz həmin razılıqdan asılıdır.
Mənbə: ANS PRESS