Qadin.NET / Sabah leysan yağacaq, dolu düşəcək

Sabah leysan yağacaq, dolu düşəcək

 

 

Sabah bəzi rayonlarda leysan xarakterli yağış yağacağı ehtimal edilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, iyunun 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 24°, gündüz 27-32° isti olacaq.
İyunun 6-da Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xaratkterli olacağı, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Aran rayonlarda havanın temperaturu gecə 18-23°, gündüz 31-36°, dağlıq rayonlarda gecə 11-16°, gündüz 21-26° isti olacaq.

 

Mənbə: ANS PRESS

5 iyun 2015
GO BACK