Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Boks Federasiyasının inzibati binasının və “Qafqaz Baku Sport Hotel”in açılışlarında iştirak ediblər.ANS PRESS-in məlumatına görə, dövlət başçısı əvvəlcə Federasiyanın inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib. Azərbaycan Prezidenti və xanımı burada yaradılan muzeylə tanış olublar.Dövlət başçısı və xanımı Federasiya rəsmiləri, birinci Avropa Oyunlarında ölkəmizi təmsil edəcək boksçularla görüşüblər. Sonra xatirə şəkli çəkdirilib.Daha sonra dövlət başçısı “Qafqaz Baku Sport Hotel”in rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev və Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış olub.
Mənbə: ANS PRESS