Qadin.NET / Con Lennonun gitarası rekord qıra bilər

Con Lennonun gitarası rekord qıra bilər

 

 

Əfsanəvi "Beatles" qrupunun mərhum üzvü Con Lennona məxsus akustik gitara hərraca çıxarılır. "Gibson" adlanan gitara noyabr ayında "Julien`s" hərracında satışa çıxarılacaq. 
Con Lennon həmin gitaranı 1963-cü ildə Londonda itirmişdi və buna görə çox təəssüflənirdi. Gitara 50 ildən sonra Amerika Birləşmiş Ştatlarında tapılmışdı. 
Bu musiqi alətinin indiyədək hərracda satılmış ən bahalı gitara olacağı gözlənilir. Hazırda bu rekord musiqiçi Bob Dilana məxsus və 2 il əvvəl 965 min dollara satılmış gitaraya aiddir.
Qeyd edək ki, “The Beatles” qrupunun üzvlərindən Con Lennon və Corc Harrisonun istifadə etdikləri gitara 2013-cü ildə Nyu-Yorkda təşkil edilən hərracda 408 min dollara alıcı tapmışdı. 
Con Lennonun 300 min dollar dəyəri olan gitaranı dostu, musiqiçi Aleksis Mardasa hədiyyə etmişdi.

 

Mənbə: ANS PRESS

5 iyun 2015
GO BACK