Qadin.NET / Azərbaycan Fransa istehsallı elektrovozlar alır

Azərbaycan Fransa istehsallı elektrovozlar alır

Azərbaycan Fransa istehsallı elektrovozlar alır
Yaxın günlərdə Azərbaycanın Fransanın “Alstom” şirkətinin istehsalı olan 50-yə yaxın elektrovoz alması ilə bağlı kredit sazişinin imzalanacağı gözlənilir.Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.O, qeyd edib ki, cəlb olunan maliyyə vəsaiti hesabına dəmiryolları, dəmiryol infrastrukturu və kommunikasiyasının bərpası üzrə işlər də həyata keçiriləcək: “Bakı-Sumqayıt marşrutu üzrə dəmiryol əlaqəsinin işə salınması başa çatdıqdan sonra Gəncə, daha sonra şimal istiqamətində sürət qatarlarının işə salınması planlaşdırılır".C.Qurbanov vurğulayıb ki, Bakı-Sumqayıt marşrutu üzrə dəmiryol xəttində əsaslı təmir QSC-nin daxili vəsaiti hesabına aparılır.

Mənbə: ANS PRESS

5 iyun 2015
GO BACK