ANS PRESS-in məlumatına görə, mənəvi vəhdətimizi qorumaq məqsədilə müxtəlif mənbələrdən daxil olmuş, məzhəb, vaxt ayrıseçkiliyinə səbəb ola biləcək digər təqvimlərə müraciət etmək düzgün deyil.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası fətvasında bildirilir ki, buna görə də dindarlarımıza, bölgələrdəki qazılara, səlahiyyətli nümayəndələrə, imam və axundlara ibadət məkanlarımızda bu təqvimə riayətin vacib olduğunu bildiririk. Eyni zamanda, ölkəmizdə tolerantlıq mühitinin qorunub-saxlanması naminə KİV və sosial-media vasitələrində sözügedən təqvimin təbliği və yayılmasını milli vəhdət baxımından vacib sayırıq.
Azərbaycan Respublikasının Dini qurumlarla iş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi arasında bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Ümidvarıq ki, mövcud əməkdaşlıq yuxarıda göstərilən məqamların həyata keçirilməsi istiqamətində də öz bəhrəsini verəcək.
Builki hesablamalara əsasən, Ramazan ayının 1-i miladi təqvimlə 18 iyun 2015-cü ilə təsadüf edir. Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - iyul ayının 18-nə təsadüf edir və həmin gün bayram namazı qılınacaq.
Mənbə: ANS PRESS