Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının dünya idman tarixində ilk dəfə Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük tarixi hadisə hesab edilir və bu tədbirin keçirilməsi ilə Azərbaycanın beynəlxalq səviyyədə nüfuzu daha da yüksələcək.
Azərbaycan Mərkəzi Bankından (AMB) ANS PRESS-ə verilən məlumata görə, AMB tərəfindən belə əlamətdar hadisənin tariximizdə həkk olunması məqsədilə yüksək əyarlı müxtəlif qiymətli metallardan hazırlanmış xatirə pul nişanları tədavülə buraxılıb. Xatirə pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında hazırlanıb.
Pul nişanlarının dizayn mövzusu 5 idman növünə həsr olunub, üz tərəfində hər bir idman növünün təsvirləri, arxa tərəfində isə Azərbaycan gerbi, aypara və milli ornamentlər əks etdirilib. Pul nişanları ən yüksək estetik tələblərə və beynəlxalq standartlara uyğun hazırlanıb.
Xatirə pul nişanlarının satışı kommersiya bankları və Avropa Oyunları üzrə satış məntəqələri vasitəsilə həyata keçirilir.
Mənbə: ANS PRESS