“Sərnişinlərin çoxluğunu nəzərə alaraq, metronun xidməti gecə saatlarına qədər uzadıla bilər. Avropa Oyunlarının açılış günü və bağlanış günü metro qatarları səhərə qədər xidmət göstərə bilər. Çünki stadiona yaxın olan “Koroğlu” stansiyasına sərnişin axını olacaq. Çalışacağıq ki, sərnişinlərin rahatlığını tam təmin edə bilək”, - deyə Nəsimi Paşayev bildirib.
Qeyd edək ki, Bakıda keçiriləcək I Avropa Oyunları zamanı şəhərdaxili avtobuslar da gecəyə qədər işləyəcək. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, Avropa Oyunları ərəfəsində sərnişin avtobusları 20 saatdan çox işləyəcək.
“Sərnişin avtobusları səhər saat 05:00-dan işləməyə başlayacaq və gecə saat 01:00-a qədər işləyəcək. Oyunların açılış və bağlanış günlərində isə ola bilsin avtobuslar bütün gecəni də işləsin”, - deyə Namiq Həsənov bildirib.
Mənbə: ANS PRESS