Qadin.NET / Azərbaycanda bir-birinin ardınca iki zəlzələ baş verdi

Azərbaycanda bir-birinin ardınca iki zəlzələ baş verdi

Azərbaycanda bir-birinin ardınca iki zəlzələ baş verdi
Azərbaycanda gün ərzində ikinci dəfə zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, təkanlar 15:06-da İsmayıllı rayonu ərazisində qeydə alınıb. 
6 km dərinlikdə qeydə alınan zəlzələnin maqnitudası 4 bal gücündə olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.
Azərbaycanda 5 bal gücünə yaxın zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, yeraltı təkanlar 14:32-də Şamaxı ərazisində Şamaxı-İsmayıllı sərhəddində qeydə alınıb. 
Təkanlar bölgədə yaşayan insanlar tərəfində də hiss olunub. Yerin 5 km dərinliyində qeydə alınan zəlzələnin maqnitudası 4,6 bal gücündə olub.
Xatırladaq ki, bundan 8 gün öncə Mingəçevirdən 33 km qərbdə Goranboy-Yevlax sərhədində zəlzələ qeydə alınmışdı. Zəlzələ episentrdə 4.0 bal, yaxın yaşayış məntəqələrində 4.0-3.0 bala qədər hiss olunmuşdu.

Mənbə: ANS PRESS

3 iyun 2015
GO BACK