Sabah Aran rayonlarında temperaturun 36°-dək yüksələcəyi gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, iyunun 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 19-22°, gündüz 27-32° isti olacaq.
İyunun 4-də Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Aran rayonlarda havanın temperaturu gecə 18-23°, gündüz 31-36°, dağlıq rayonlarda gecə 11-16°, gündüz 22-27° isti olacaq.
Mənbə: ANS PRESS