Qadin.NET / "Yəqin Ermənistan Suriyaya qarşı da soyqırım iddiası irəli sürəcək”

"Yəqin Ermənistan Suriyaya qarşı da soyqırım iddiası irəli sürəcək”

 

"Yəqin Ermənistan Suriyaya qarşı da soyqırım iddiası irəli sürəcək”

"Ermənilərin Suriyadan Ermənistana, oradan da Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi iki əsrdən çox həyata keçirilən məkrli prosesin davamıdır".ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsində yazıb.
O, qeyd edib ki, uzun sürən geosiyasi proseslər davam etməkdədir.
“Maraqlı odur ki, ermənilər başqa xalqların qoltuğu altında yaşamağı sevsələr də, zaman-zaman onları Azərbaycan ərazilərinə köçürürlər. Yəqin ki, bir necə onillikdən sonra Ermənistan Suriyaya qarşı da soyqırım iddiası irəli sürəcək”.

 

Mənbə: ANS PRESS

3 iyun 2015
GO BACK