Qadin.NET / Putin Bakıya görə rus telekanallarını tənqid etdi

Putin Bakıya görə rus telekanallarını tənqid etdi

 

Putin Bakıya görə rus telekanallarını tənqid etdi

Rusiya prezidenti Vladimir Putin Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına görə rus telekanallarının rəhbərlərini sərt şəkildə tənqid edib.Bu barədə Azvision.Az "RBK"ya istinadən xəbər verir. Bədən tərbiyəsi və idmana həsr edilən yığıncaqda Putin qeyd edib: "İndicə mənə Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov bildirdi ki, Rusiyanın heç bir kanalı Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını yayımlamaq istəmir. Axı bu, necə ola bilər? Bu yarış dünya səviyyəsində olan bir yarışdır. Mən anlayıram, büdcə vəziyyəti ilə əlaqədar məhdudiyyətlər var. Lakin vacib məsələlər var. Bu, dünya idman tarixinə düşəcək bir hadisədir. Tarixdə ilk Avropa Olimpiya Oyunlardır".Qeyd edək ki, I Avropa Oyunları Azərbaycanda iyun ayının 12-28-də keçiriləcək.

 

Mənbə: Milli.Az

3 iyun 2015
GO BACK