Qadin.NET / İlham Əliyev sözünü tutdu, növbə Avropada

İlham Əliyev sözünü tutdu, növbə Avropada

 

İlham Əliyev sözünü tutdu, növbə Avropada

Bakıda 22-ci Beynəlxalq "Xəzər Neft və Qaz 2015" sərgisinin açılışı olub. Dünyanın 27 ölkəsinin təmsil olunduğu bu sərgidən Azərbaycan Prezidenti İlham Əliyevdən Avropa üçün vacib mesajlar da səslənib. Onun əsas toxunduğu məsələlər isə rəsmi Bakının verdiyi sözlərin arxasında durması oldu. Növbə indi Qərbindir.
ANS TV-nin məlumatına görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 22-ci Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisində iştirak ediblər. Dünyanın 27 ölkəsindən 315 şirkət qatılıb. Sərginin ekspozisiyası neft hasilatı və enerji daşıyıcılarının nəql edilməsi sahəsində innovativ texnologiyalar, neft və qazın saxlanması sistemlərinin təmin olunması. beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi imkanları və s. tematik bölmələrdən ibarətdir.
Sərgi çərçivəsində ilk dəfə olaraq “Nobel qardaşları və Bakı nefti. Mükafat” mövzusunda rəsm sərgisi də keçirilir. Rəsmi hissədə nitqində prezident İlham Əliyev Azərbaycan neft-qaz sahəsində əldə etdiyi uğurlardan, 20-ci əsrin neft müqaviləsinin səmərəsindən, 21-ci əsrin müqaviləsi hesab olunan “Cənub qaz dəhlizi” layihəsinin perspektivlərindən söz açıb.
İcra edilməmiş infrastruktur layihələri icra etməklə gələcək inkişafa zəmin yarana bilər deyən Prezident diqqətə çatdırıb ki, Azərbaycanın xarici borcu 10 faiz, işsizilk 5 faiz səviyyəsindədir. Valyuta ehtiyatları ümumdaxili məhsulun 75 faizini təşkil edir.
“Bu il iqtisadiyyatımız 5 faizdən çox artıb. Baxmayaraq ki, neftin qiyməti iki dəfə aşağı düşüb. Ölkəmizin şaxələndirilmiş şəkildə inkişafı, iqtisadiyyatımızın dayanıqlığı artıq reallıqdır”, – deyə İlham Əliyev bildirib.
Qeyri-neft sektorunun 7 faiz artdığını, qarşıda duran əsas vəzifələrin neftdən asıllığın daha da azaltmaq olduğunu söyləyən dövlət başçısı əhalinin rifah halının daha da yaxşılaşdırılmasını bir məqsəd olduğunu əlavə edib.
Dövlət başçısı söyləyib ki, Trans-Adriatik qaz kəmərinin icrası ilə Azərbaycan-Türkiyə-Gürcüstan 3-lü formatına yeni oyunçular daxil olur. 
Bununla da Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr daha yüksək səviyyəyə qalxacaq. Lakin TAP layihəsinin icrası üçün tərəfdaşlardan heç kim əlavə imtiyaz əldə etmək istəməməli koordinasiya, qarşılıqlı inam olmalıdır:
“Bütün ölkələr bir nöqtəyə vurmalıdır. Və burada heç kim əlavə imtiyaz əldə etmək istəməməlidir. Çünki burada hər şey göz qabağında, bütün kontraktlar imzalanıb. Bu layihədə iştirak edən bütün ölkələrlə şirkətlər böyük xeyir götürəcəklər. Hesab edirəm ki, burada bütün tərəflər böyük məsuliyyət göstərməlidir. Çünki bu bizim ümumi işimizdir”
Bundan əvvəl Qərb, o cümlədən yunan mətbuatı yazırdı ki, TAP layihəsi çərçivəsində Yunanıstan Azərbaycan qazını daha ucuz almaq və tranzit haqqının artırılmasını istəyir. 
Azərbaycan isə bu əməkdaşlığın bərabərhüquqlu olmasının tərəfdarıdır.

 

Mənbə: ANS PRESS

3 iyun 2015
GO BACK