İngiltərənin Futbol Assosasiyasının rəhbəri Qreq Dayk Dünya Çempionatının Rusiyada keçirilməsi ilə bağlı müzakirələrin aparılmasına yenidən qayıtmağa çağırıb.
ANS PRESS-in məlumatına görə, Dayk bu barədə Dayk BBC-nin efirində açıqlama verib.
"Son həftələrdə baş verən hadisələr Blatterı istefaya getməyə məcbur etdi. O getdi. İndi biz bunu FİFA ilə aydınlaşdıra bilərik. Bu 2018-ci ildə dünya çempionatının müzakirəsinə qayıtmaq olar", - deyə Dayk bildirib.
Qeyd edək ki, FIFA prezidenti Yozef Blatter bu gün istefa verib.
"Qərar verdim ki, getmək lazımdır. Seçkilər bitdi, lakin problemlər bitmədi. FİFA-da dəyişikliklər edilməlidi. Burada mənə mandat verilsə də qurumun digər üzvləri bunu dəstəkləmədi. Ona görə də xələfimin seçilməsi üçün tezliklə xüsusi konqres çağırılmasını xahiş edirəm", deyə Blatter bildirib.
Xatırladaq ki, Yozef Blatter mayın 29-da beşinci müddətə FİFA prezidenti seçilib. O, təşkilata 1998-ci ildən rəhbərlik edir.
Mənbə: ANS PRESS