"TAP-ın icrası üçün tərəfdaşlardan heç kim əlavə imtiyaz istəməməlidir".
ANS PRESS-in məlumatına görə, bunu prezident İlham Əliyev 22-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisində çıxışında söyləyib. Dövlət başçısı vurğulayıb ki, layihənin icrası üçün koordinasiya, qarşılıqlı inam olmalıdır.
"Bütün ölkələr bir nöqtəyə vurmalıdır və burada heç kim əlavə imtiyaz əldə etmək istəməməlidir. Hər şey göz qabağındadır, bütün müqavilələr imzalanıb. Layihədə iştirak edən bütün ölkələr və şirkətlər böyük xeyir götürəcəklər".
Dövlət başçısı söyləyib ki, Transadriatik qaz kəmərinin Azərbaycan-Türkiyə-Gürcüstan üçlü formatına yeni oyunçular daxil olur. Bununla da Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr daha yüksək səviyyə qalxacaq. Dövlət başçısı 3 il sonra Azərbaycan qazının Türkiyə və Gürcüstana nəql olunacağından əminliyini, heç bir problem yaşanmayacağına ümid etdiyini bildirib.İcra edilməmiş infrastruktur layihələri icra etməklə gələcək inkişafa zəmin yarana bilər deyən prezident məlumat verib ki, Azərbaycanın xarici boru 10 faiz, işsizlik 5 faiz səviyyəsindədir: "Valyuta ehtiyatları ümumdaxili məhsulun 75 faizini təşkil edir. Neftin qiymətinin iki dəfə aşağı düşməsinə baxmayaraq Azərbaycan iqtisadiyyatında artım qeydə alınıb. Neftin qiymətinin iki dəfə aşağı düşməsinə baxmayaraq bu il iqtisadiyyatımız 5 faiz artıb".
Qeyri-neft sektorunun 7 faiz artdığını, qarşıda duran əsas vəzifələrin neftdən asıllığı daha da azaltmaq olduğu söyləyən dövlət başçısı, əhalinin rifah halının daha da yaxşılaşdırılmasının bir məqsəd olduğunu əlavə edib. Prezident, həmçinin 10 gün sonra Azərbaycanın mühüm idman tədbirinə, I Avropa Oyunlarına ev sahibliyi edəcəyini, bu yarşın Olimpiya Oyunları səviyəsində keçiriləcəyini bir daha vurğulayıb.
Mənbə:ANS PRESS