Qadin.NET / Dünya liderləri İlham Əliyevi təbrik ediblər

Dünya liderləri İlham Əliyevi təbrik ediblər

Dünya liderləri İlham Əliyevi təbrik ediblər
Kot d`İvuar Respublikasının Prezidenti Alasane Ouattara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlaylıb. 

Milli.Az AZƏR TAC-a istinadən bildirir ki, məktubda deyilir: "Cənab Prezident,Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə Kot d`İvuar hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.Zati-aliləri, bu əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı və səadət, dost Azərbaycan xalqına həmrəylik, rifah və tərəqqi arzu edirəm.Sizi əmin etmək istəyirəm ki, Kot d`İvuar Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan uğurlu dostluq və əməkdaşlıq münasibətlərini daha da inkişaf etdirmək üçün Zati-alinizlə birlikdə işləməyə daim hazıram".

Mənbə: Milli.Az

2 iyun 2015
GO BACK