Qadin.NET / Xərçəngin yeni müalicə üsulu tapıldı

Xərçəngin yeni müalicə üsulu tapıldı

Xərçəngin yeni müalicə üsulu tapıldı
Britaniyalı alimlər əsrin bəlası hesab edilən xərçəng xəstəliyinin müalicəsində yeni üsul tapdıqlarını elan ediblər. Ekspertlər xərçəng xəstəliyinin yeni müalicə üsulunu bu sahədə kimyaterapiyanın yaranmağından indiyədək əldə edilən ən böyük irəliləyiş adlandırırlar. Yenilik 5 ildən sonra kimyaterapiyanı əvəz edə biləcək. 
Yeni kəşf edilmiş immunoterapiya metodu orqanizmin kimyaterapiya və digər dərmanları qeyri-effektiv edərək, özünə müdafiə yaradan xərçəng hüceyrələrinə hücum etməkdən ibarətdir. 
Böyük Britaniyada 950 nəfərin iştirak etdiyi təcrübə yeni metodun tətbiqi ilə xərçəng hüceyrələrinin azaldığını və ya nəzarət altına alındığını göstərib.
Yeni üsulu sınayanlardan biri də 61 yaşlı Viki Braun olub. Ona həkimlər 2013-cü ildə dəri xərçəngi diaqnozu qoyublar. Qadının bir neçə ay ömrü qaldığı bildirilib. Lakin yeni üsuldan istifadə sayəsində o iki il keçməsinə baxmayaraq hələ də sağdır. 
İmmunoterapiya sayəsində xəstənin orqanizmində olan bədxassəli şiş bir neçə ayda tamamilə yox oub. Xəstəlik təkrarlasa da eyni üsuldan ikinci dəfə istifadə də effektiv nəticə verib. İndi həkimlər üçüncü dəfə meydana çıxan xərçəngə qarşı eyni üsulla mübarizəyə hazırlaşırlar.

Mənbə: ANS PRESS

2 iyun 2015
GO BACK