Qadin.NET / Azad Rəhimovdan İbrahimoviç açıqlaması

Azad Rəhimovdan İbrahimoviç açıqlaması

Azad Rəhimovdan İbrahimoviç açıqlaması
Azərbaycan gənclər və idman naziri Azad Rəhimov tanınmış futbolçu Zlatan İbrahimoviçin Bakıya səfəri ilə bağlı açıqlama verib.
ANS PRESS-in məlumatına görə, nazir, isveçrəli ulduzun Bakıya səfərinin Bakı 2015 I Avropa Oyunları ilə əlaqəli olmadığını diqqətə çatdırıb: 
“İbrahimoviçin Bakı 2015 Avropa Oyunları zamanı məşəl daşıyacağı və ya Açılış Mərasimində iştirak edəcəyi ilə bağlı deyilənləri təkzib edirəm. Çünki BEGOC (Avropa Oyunları Əməliyyat Komitəsi) tərəfindən buna heç bir göstəriş, cəhd olmayıb. Ona görə də deyə bilərəm ki, belə bir təşəbbüsümüz olmayıb”.
Xatırladaq ki, Z.İbrahaimoviçin Bakaıya səfəri haqqında ötən gün "Eurosport" məlumat yayıb. Məlumata görə, ulduz oyunçu İstanbuldan keçməklə Bakıya gəlib. Onun nə səbəbə ölkəmizə gəldiyi isə açıqlanmayıb.

Mənbə: ANS PRESS

2 iyun 2015
GO BACK