Qadin.NET / Bulvarda istirahət edənləri "soya" bilməyəcəklər

Bulvarda istirahət edənləri "soya" bilməyəcəklər

 

 

Dənizkənarı Bulvar İdarəsi bulvar ərazisində fəaliyyət göstərən çayxanalarda qiymətləri tənzimləyəcək. 
ANS PRESS-in məlumatına görə, idarədən bildiriblər ki, bulvarda çay sifariş edərkən sizə “bizdə sadə çay olmur, yanında mütləq nəsə sifariş etməlisiniz” deyilərsə və ya hər hası bir divanda (oturacaqda) oturduğunuz üçün sizə deyilsə ki, “burda oturmusunuzsa çay sifariş etməlisiniz” o zaman heç düşünmədən bulvarın QAYNAR XƏTTİ olan bu 2 nömrədən birinə zəng edin:
055 282 70 00,
012 480 18 36.
Zənginizdən sonra anındaca ağ balaca elektromobildə bulvar əməkdaşları olduğunuz yerə gələcək və həmin obyekti cərimə edəcəklər.
Bulvar əməkdaşları bildirir ki, qəbul olunan standartlara görə, sadə çay 2 manata, mürəbbəli çay 3 manatadır. Əgər artıq pul istəsələr, yenə də eyni nömrələrə zəng edin!

 

Mənbə:ANS PRESS

2 iyun 2015
GO BACK