Qadin.NET / Rusiya ilə bağlı qorxulu proqnoz

Rusiya ilə bağlı qorxulu proqnoz

 

 

Rusiyada iqtisadi böhran hələ aradan qaldırılmayıb və böhranın pik həddi bu ilin ikinci rübündə baş verəcək.ANS PRESS-in məlumatına görə, bunu Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin bildirib.
O deyib ki, böhranın ağır dövrünün geridə qaldığını düşünmək olmaz, çünki ümumi daxili məhsul (ÜDM) birinci rüblə müqaisədə ikinci rübdə daha çox azalacaq: "Bu il ÜDM-in təqribən 4 faiz azalacaq. Bu, İqtisadi İnkişaf Nazirliyinin açıqladığı proqnozundan çoxdur".
Onun sözlərinə görə, ölkəni iqtisadi böhran bürüyəcək. Böhranlı vəziyyət yalnız bank sektorunda yavaşıya bilər. Rusiya 2000-ci ildən indiyədək ilk dəfədir böyük böhran dövrünü yaşayır.
Keçmiş nazir ölkədə siyasi və iqtisadi islahatlar aparılacağı halda hakimiyyət qurumlarına qayıtmasının mümkünlüyünü istisna etməyib.
Xatırladaq ki, A.Kudrin 2000-2011-ci illərdə Rusiyanın maliyyə naziri işləyib.

 

Mənbə: ANS PRESS

2 iyun 2015
GO BACK