ANS TV-nin məlumatına görə, bununla bağlı artıq Nəqliyyat Nazirliyi də gücləndirilmiş iş rejiminə keçib. Sərnişinlərin rahat və maneəsiz paytaxta daxil olmaları üçün həmin istiqamətdə marşurutların sayı artırılıb.
Nəqliyyat Nazirliyi onu da açıqlayıb ki, əgər ehtiyac yaranarsa, o zaman əlavə avtobuslar da xəttə buraxılacaq.
“Qərb istiqamətindən şəhərə daxil olan avtobuslara gəlincə, hazırda bu istiqamətdə - 124, 195, 197 və 146 saylı maşrut avtobusları fəaliyyət göstəriri. Belə ki, 124 saylıda 18, 195 saylıda 9, 197 və 146 saylıda hər birində 8 ədəd olmaqla ümumilikdə 45 avtobus xəttə sərnişinlərə xidmət göstəriri”, – deyə nəqliyyat nazirliyi ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirib.
Mənbə: ANS PRESS