Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ANS PRESS-ə verilən məlumata görə, həmin bakalavrların qeydiyyatı 2015-ci il iyunun 29-dan iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) aparılacaq. Bakalavrlar göstərilən müddətdə tələb olunan sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.
Boş qalan plan yerlərinin elan olunması və həmin yerlərə müsabiqənin keçirilməsi avqust ayında nəzərdə tutulur.
Mənbə: ANS PRESS